Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”də yazıb.
“Laçında Reza Deqatinin “Evim, gözəl evim!” layihəsi. Baba-nənələri və valideyni Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotoları. 30 ildən sonra Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz vətənlərinə - Laçına qayıdırlar.
Həmçinin burada dünyanın müxtəlif yerlərindən olan 100 uşağın fotoşəkilləri də var. Diplomatik korpusla biz də burada ailə şəklimizi çəkdirdik”,- paylaşımda qeyd olunub. (Report)