Torpaqlardan bol və keyfiyyətli məhsul alınmasında torpağın lazımi qida maddələri ilə zənginləşdirilməsi də vacib şərtlər sırasındadır. Hazırda fermerlər tərəfindən səpindən əvvəl əsas şum altına və səpinlə bərabər torpağa veriləcək mineral gübrələrin tədarükünə başlanılıb.
Ərazidə əkin aparacaq fermerlər tərəfindən bölgə üçün daha uyğun toxumların tədarükü də davam etdirilir. Hazırda fermerlərin yüksək məhsuldar və sertifikatlaşdırılmış toxumlarla təminatını daha da yaxşılaşdırmaq istiqamətində tədbirlər davam etdirilir.
Rayon ərazisində proqnozlaşdırılan taxıl səpininin aqrotexniki müddətdə və keyfiyyətlə başa çatdırılması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı qrumlarının mütəxəssisləri tərəfindən fermerlərə lazımi təlimlərin keçirilməsinə başlanılıb.
Hazırladı: Mina RƏŞİD