Az.TV xəbər verir ki, məhz 2022-ci ildə Prezident İlham Əliyev Ağalıda olarkən bu layihə haqqında ona məlumat verilmişdi və dünyaca məşhur professor Məsud Aşına ilə cənab Prezident danışmışdı. Cənab Prezident bu layihəni çox dəstəkləmişdi. Belə ki, bu günə qədər artıq Ağalı sakinləri arasında aparılan sorğu, yəni testlər, analizlər nəticəsində baş ağrıları, miqren ağrıları ilə bağlı nəticələr məlum olub. Artıq 10-a yaxın Ağalı sakininin bu gün birbaşa Danimarkanın paytaxtı Kopenhagen şəhərində olan Məsud Aşina ilə video-görüntü vasitəsilə həkim konsultasiyası olacaq. Məhz bu layihə həm də TƏBİBin dəstəyi ilə reallaşır. Xəbərdə bildirilir ki, görünən monitordan birbaşa Danimarkanın paytaxtı Kopenhagen şəhərində dünyaca məşhur professor Məsud Aşina öz pasientlərini görə biləcək. Buda da həkim konsultasiyası olacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ