İctimai TV-nin məlumatına görə, günün sonuna kimi döyüş səngiyib və vəziyyət tam olaraq Azərbaycan Ordusunun nəzarəti altına keçib. Azərbaycan-Ermənistan şərti sərhədində, eləcə də Ağalıda vəziyyət tam normaldı. İnsanlar öz iş sahələrində işlərini davam etdirirlər. Yəni, Ağalı kəndində sakinlər öz firəvan həyatlarına davam edir. Demək olar ki, vəziyyət tam stabildi.
Ağalı sakini Minayə Mahmudova deyir ki, burda hər şey normaldır, hər kəs öz işi ilə məşğuldur, heç bir narahatlığımız yoxdur. Allah Prezidentimizə cansağlığı versin, ordumuzu, hərbçilərimizi qorusun. Hər şey yaxşıdı.
Hazırladı: Tahirə AĞAMİRZƏ