22.11.2024, 00:40
AZ EN
28.02.2023, 11:14 359

Zəngəzur dəhlizi boyu 12 körpünün tikintisi başa çatıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) Cəbrayıl və Zəngilan rayonlarında tikintisi yekunlaşıb.

Bunu Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoluna mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi İlham Məmmədov deyib.

O bildirib ki, hazırda yolun digər ərazilərinin tikintisi davam etdirilir.

"Yol boyu 27 körpü nəzərdə tutulur ki, onun hazırda 12-nin tikintisi başa çatıb, daha 12 körpü isə tikilməkdədir. Yaxın vaxtlarda yolda olan daha 3 körpünün inşasına başlanacaq", - deyə İ.Məmmədov bildirib. (Trend)

Oxşar xəbərlər