Bunu jurnalistlərə açıqlamasında Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
Onun sözlərinə görə, Cəbrayıl və Qubadlıda kəndlərin ilkin layihəsi formalaşdırılıb. Hər bir rayonda ən azı 2 kəndin layihəsi hazırlanmalıdır.
“Amma bu il daha çox kəndin layihələndirilməsi həyata keçiriləcək. Bütün bunlar mərhələli şəkildə olmalıdır. Tikinti işləri isə azı il yarım çəkəcək. Ümumilikdə bu ərazilərin tikintisi və sakinlərin köçürülməsi 2022-2026-cı il Dövlət Proqramı çərçivəsində reallaşacaq. Bu illər ərzində minlərlə insanın bu ərazilərə köçürülməsi planlaşdırılır”, - deyə Vahid Hacıyev vurğulayıb. (AZƏRTAC)