22.11.2024, 00:52
AZ EN
27.12.2022, 09:41 209

Ağalı kəndində “Ailə klubu” yaradılır

ŞƏRQİ ZƏNGƏZUR
  • Məlum olduğu kimi,  işğaldan azad edilmiş ilk yeni yaşayış məskəni kimi “Ağıllı kənd” konsepsiyası əsasında qurulan Zəngilan rayonunun Ağalı kəndinə ilk köçünün gerçəkləşməsi Böyük Qayıdışın  müjdəsini vermişdir.  Öz doğma  yurdunda yaşayan soydaşlarımız üçün hər cür şərait yaradılmışdır.

 Bu günlərdə  həmin kənddə kənd sakinləri üçün daha bir uğurlu layihəyə start verilib. Belə ki, burada “Ailə klubu”nun əsası qoyulub. Onu da qeyd edək ki, Azərbaycanda ilk dəfə belə bir layihə həyata keçirilir. Bu layihənin rəhbərliyini öz üzərinə götürən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu layihə haqqında AzTV-yə ətrafı məlumat verib. O, bildirib ki, Dövlət Komitəsinin bir qrup nümayəndəsi ilə biz Ağalı kəndində olduq:” Hər şeydən əvvəl onu deyim ki, öz həyatlarını yeni konsepsiya üzrə, yeni standart üzrə  qurulan bu kənddə yeni həyatlarına başlayan ailələr məskunlaşıblar. İlk növbədə biz onların bir qrupu ilə məktəbdə uşaqlarla görüşdük”. Burada özümüz üçün də bir imka istiqaməti araşdırdıq və yerli nümayəndəliklə məsləhətləşərək yeni bir layihə reallaşdırmaq  qərarını aldıq: ”Bu bir “Ailə klubu” olacaq və biz müəyyən edilmiş bir məkanda müəyyən texniki dəstəyi göstərməklə və eyni zamanda onun məzmunu üzərində işləyirik. Burda məskunlaşmış insanlar son 25-27 ilini məcburi köçkün kimi müxtəlif regionlarda, Bakıda və digər yerlərdə yaşamış, torpaqlarımız işğaldan azad ediləndən sonra doğma kəndlərinə köçürülmüş insanlardır. Onların bir-biri ilə ünsiyyətə, icmanı yenidən qurmağa, icmada daxili münasibətləri yenidən tənzimləməyə ehtiyacları var. Yeni dəyərlər yaranıb, bu dəyərləri, əvvəldən, tarixdən qalan dəyərlərimizlə uzlaşdırmağa, bu prosesdə də məsləhətləşməyə, birgə qərar verməyə ehtiyacları var. Həm də onların asudə vaxtını, gündəlik rastlaşdıqları müəyyən prosesləri müzakirə etmək, müəyyən qərarlar vermək və icma daxili layihələri reallaşdırmaq və bir də insan kapitalına. İinsanın formalaşmasına yönələn layihələrin yerinə yetirilməsdinə ehtiyac var. Biz bu məsələlər üzərində işləmişik. Artıq ilkin konsepsiya bəllidir, nə iş görəcəyimizi bilirik. Yəqin ki, yaxın bir neçə ayda burada biz “Ailə klubu”nun açılışına toplaşacağıq”.

Komitə sədri onu da əlavə edib ki, hələliksə buna hazırlıq işlər gedir. Mən icma nümayəndələrindən də çox böyük maraq və dəstək gördüm. İnanıram ki, bizim bu yeni layihəmizə, bu istiqamətdə ailəyə yönəlmiş layihələrin reallaşması prosesində yeni bir mərhələ olacaq və ailə üzvlərinin ayrı-ayrılıqda  hüquqlarını yalnız ehtiyacı olduğu zaman qorumaqdan daha çox, onları cəmiyyətə necə faydalı olmaq, necə birgə fəaliyyət göstərmək, şəbəkələşmək, xoş günlərini də, sevincli günlərini də, gələcəyə yönəlmiş planlarını da birgə reallaşdırmaq üçün bu layihədən istifadə edəcəyik. Ən əsası ailə daxili məsələlərin həlli üçün ilkin olaraq mühit ailə götürüləcəkdir və biz bütün prosesləri ailə müstəvisində, ailə çərçivəsində həll etməyə üstünlük verəcəyik. Düşünürəm ki, bu da Ağalı kəndində reallaşan bir layihə kimi sonrakı istiqamətlərdə respublikanın bütün regionlarında tətbiq oluna bilər və olunacaqdır. Mən yerli nümayəndəliyə öz dərin təşəkkürümü bildirirəm ki, onlar bu təşəbbüsə belə fəal qoşulublar. Biz də buradayıq, işin yarısını artıq görmüşük. Mən Ağalı sakinlərinə burada uzun, xoşbəxt, sağlam ömür sürməyi arzulayıram. Onu da arzulayıram ki, ailələrimiz bir daha hər hansı belə problemlərlə rastlaşmasınlar.

Hazırladı: Tahirə AĞAMİRZƏ     

Oxşar xəbərlər