25.04.2024, 19:29
AZ EN
09.12.2022, 08:40 264

Laçının işıqlandırılması davam edir

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad edilən digər ərazilər kimi Laçın şəhərində də tikinti-abadlıq və quruculuq işləri sürətlə davam edir. Şəhərin elektrik və su xətləri çəkilir, burda yaşayışın bərpa olunması üçün uğurlu işlər görülür.

İki il bundan öncə zülmətə qərq olan  şəhərdə indi həyat qaynayır, iki ildir ki, Laçın şəhəri səhərlərini belə canlı mənzərələrə açır.  Dağları yararaq yol infrastrukturunun qurulması, su kanalizasiya sistemlərinin yenilənməsi, Laçının yenidən işıqlandırılması üçün elektrik xətlərinin çəkilməsi şəhərin yenidən dirçəldilməsini əks etdirir. Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə olmasına, fəsillərin istisinə, şaxtasına, soyuğuna, yağışına, qarına baxmayaraq buradakı işçilər böyük əzmlə çalışırlar. Qeyd edək ki, şəhərin elektrik xətlərinin sıfırdan çəkilməsinə ötən ildən başlanılıb. Bu proses gecə-gündüz demədən həyata keçirilir. Burada çalışanlar arasında üstünlüyü laçınlılar təşkil edir. Onlar üçün öz torpaqlarının bərpasında iştirak etməyin başqa bir həyəcanı var.

Elektrik Firdovsi Quliyev Laçın şəhərinin Güləbird kəndindəndir. O, deyir ki,  bir ildir bu ərazidə işləyirlər və bununla fəxr edirlər.

Laçın Elektrik Şəbəkəsinin baş mühəndisi Şaban Tarıverdiyev:

-Biz Laçın rayonunun ən hündür yerlərindən birindəyik. Burda hərbi hissələrimizi işıqlandırmaq üçün 35 kilovatlıq kabelə xətti çəkmişik. İşlərimiz qaydasında gedir. Əməkdaşlarımız demək olar ki, hamısı laçınlılardır.

Ötən dövr ərzində şəhər demək olar ki, tamamilə elektrik enerjisi ilə təmin edilib. Lakin bu işlərin yekunu deyil.

Minkənd istiqamətində, o cümlədən, 6-cı rayon deyilən əraziyə, Kilsəlidağ istiqamətində və Qaragöllər istiqamətində elektrik enerjisi xəttinin çəkilməsi nəzərdə tutulub deyən “Azərişıq” ASC-nin Qarabağ Regionunun İstismar üzrə rəis müavini Rəşad İbrahimov bildirib ki, gələcəkdə Laçın şəhərində 10 kilovotluq xəttlər və hava xəttində olan bütün kabellər çıxarılaraq, yeraltı kabellərlə əvəz olunacaq. Həmçinin Laçın şəhərində yeni yarımstansiyaların tikilməsi də nəzərdə tutulub.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər