Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
“Böyük Qayıdışın 2022-2026-cı il strategiyasına baxsaq, təxminən 16 min nəfəri Zəngilan rayonunun müxtəlif yerlərinə qaytarmağı planlaşdırırıq. Bu istiqamətlərdən biri də Zəngilan şəhəridir. Zəngilan şəhərində artıq Prezident İlham Əliyev tərəfindən yaşayış kompleksinin təməli qoyulub. Bu istiqamətdə hazırda böyük işlər görülür”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib. (APA)