03.02.2026, 12:20
AZ EN
03.02.2026, 10:35 173

Hadrutun su təchizatı yenidən qurulur

ŞƏRQİ ZƏNGƏZUR
  • Genişmiqyaslı bərpa, abadlıq-quruculuq işlərinin sürətlə davam etdirildiyi Hadrut qəsəbəsində daha bir layihənin icrasına başlanır. Söhbət işğaldan azad olunduqdan sonra əhalinin məskunlaşdırılmasına hazırlıqların başlandığı və hazırda 50-yə yaxın ailənin yaşadığı qəsəbədən gedir.

"Vətən səsi" xəbər verir ki, yaxın vaxtlarda qəsəbədə içməli və tullantı su təchizatı şəbəkəsi əsaslı şəkildə yenidən qurulacaq. "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxs bununla bağlı açıq tender elan edib. Tender Xocavənd rayonunun Hadrut qəsəbəsinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisini nəzərdə tutur. Layihənin ehtimal olunan qiymət 8 milyon 776 min 267 manat məbləğində müəyyənləşdirilib. Tenderdə iştirak etmək istəyən şirkət və ya qurumlar öz təkliflərin martn 5-dək təqdim etməlidir. Toplanmış təkliflərə həmin tarixdən sonra baxılacaq.

Hazırda bərpa və quruculuq işləri Hadrut qəsəbəsinin demək olar ki, hər küçəsində davam edir. Yeni yollar, elektrik təcjizatı və transformatorlar, bərpa olunan su mənbələri qəsəbədə qayıdışı, xoşbəxt və firəvan həyatın tədricən öz axarına düşdüyünü simvolizə edir. “Hadrut” qovşaq yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut avtomobil yolu , transformator məntəqəsi  tikinti-quruculuq işlərinin sürətlə davam etdirildiyinin təzahürü kimi qəsəbə sakinlərinni sevindirir. İndiyədək qəsəbədə mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib, yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb. Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si yararsız, 79-u isə qismən yararlıdır.

Xatırladaq ki, işğaldan azad olunmuş Hadrut qəsəbəsinə ilk köç ötən ilin noyabrına təsadüf edib. Hazırda qəsəbədə ümumilikdə 188 nəfər olmaqla 48 ailənin daimi yaşayışı təmin edilib. Bərpa və quruculuq işlərinin əhatə dairəsi genişləndikcə,  yaşayaış üçün yararlı hala gətirilən evlərin sayı artdıqca doğma yurduna köçürüləcək ailələrin də sayı artırılacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər