Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şöbə müdiri Ramil Cahangirov deyib.
O, şəhər parkının bir neçə zonaya ayrılacağını vurğulayıb:
"Kəlbəcər şəhər parkı baş plana əsasən, 11 hektar ərazidə salınacaq və bir neçə əsas zonaya bölünəcək. Belə ki, burada aktiv istirahət, sakit istirahət zonaları və uşaq meydançaları olacaq.
Parkda yerli iqlimə uyğun xüsusi ağaclar, güllər və kollar əkiləcək. Şəhərin hündür ərazilərində salınan parkda restoran da fəaliyyət göstərəcək. Həmçinin parkda böyük hərflərlə "Kəlbəcər" sözü yazılacaq. Ümumiyyətlə, park şəhər sakinləri və turistlər üçün cəlbedici məkan olacaq”. (Report)