O deyib: “Yoldaşım hər zaman Zəngilan xatirələrindən danışıb, övladlarımızı vətənpərvərlik ruhunda tərbiyə edirdi”.
Qubadlı rayonundan olduğunu qeyd edən Nuranə Zeynalova bildirib ki, üç yaşından bəri məcburi köçkünlük həyatı yaşayır.
“Allah şəhidlərimizə rəhmət etsin, onların sayəsində məcburi köçkünlər öz doğma torpaqlarına geri qayıdırlar. Şəhid anaları qarşısında baş əyirəm”, - deyə o vurğulayıb. (AZƏRTAC)