"Vətən səsi" xəbər verir ki, tenderin qalibi “Geoproject” MMC olub. Tenderin şərtlərinə əsasən, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti qalib şirkətlə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün 1 milyon 130 min 411 manat ayrırmalıdır. Atıq tərəflər arasında bununla bağlı müqavilə də imzalanıb.
Xatırladaq ki, işğaldan azad olunmuş Zəngilan rayonunun Alıbəyli kəndinin yenidən qurulması və bərpası çərçivəsində təməlqoyma mərasimi ötən ilin sentyabrında keçirilib. Prezident İlham Əliyevin təməlini qoyduğukənd Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır.
Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır. Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.
Bərpa və yenidənqurma tədbirləri çərçivəsində kənddə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Üçmərtəbəli məktəbin ərazisində həm şagirdlər, həm də əhali üçün qaçış zolağı olan geniş idman meydançasının yaradılması nəzərdə tutulur.
Bundan başqa, Alıbəyli kəndində məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq.
Elxan SALAHOV