Bu ilin sonuna qədər daha 500 ev yenidən bərpa olunaraq yenidən sakinlərin istifadəsinə veriləcək. Laçında bərpa olunan evlərin tikintisində yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur. Bu materiallar əvvəllər xaricdən gətirilirdi. Lakin Zerti kəndində olan sənaye parkının bəzi müəssisələrində bu materialların istehsalına da başlanılacaq. Bunun üçün xaricdən mütəxəssislər dəvət olunub. Eyni zamanda avadanlıqlar gətirilib və yeni 60 vakant yer açılıb. Laçına köçürülüb işlə təmin olunanların sayı isə 500 nəfərə çatdırılacaq.
Qarabağın ən böyük, Laçının isə ilk məscidinin tikintisi aparılır.
Bildiyimiz kimi SSR dövründə İslam dini müəyyən təqiblərə, müəyyən aqresiyaya məruz qaldığı üçün Laçında heç vaxt məscid olmayıb. Yalnız 30 ildən sonra, torpaqlarımız işğaldan azad olunandan sonra Laçında məscidin təməli atıldı. Bu məscid Qarabağın ən böyük məscidi olacaq. Təxminən 400 nəfər eyni anda ibadət edə biləcək və ilin sonuna qədər məscidin Azan səsi bütün Laçına yayılacaq.
Hazırladı: Tahirə AĞAMİRZƏ