Onun azad edildiyi tarix artıq şəhər günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə BöyükQayıdışa dair I Dövlət Proqramı çərçivəsində öz əsrarəngiz təbiəti ilə seçilən Zəngilan şəhəri bu gün tamamilə yenidən qurulur. Təqdim olunan videoda bu şəhərin gələcək mənzərəsi əks olunur.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 20 oktyabr – Zəngilan Şəhəri Günü kimi qeyd olunur. (Trend)