21.05.2024, 02:53
AZ EN
01.03.2023, 15:29 169

Qubadlı rayonu, Yusifbəyli kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan Qubadlı rayonunun Yusifbəyli kəndi Həmzəli kənd inzibati ərazi dairəsinə daxildir. Kənd rayon mərkəzindən 23 km cənub-şərqdə yerləşir. Dəniz səviyyəsindən 730 metr yüksəklikdə, Həkəri çayının sol sahilində yerləşən bu kəndin ərazisindən Laçın-Həkəri yolu keçir. Kənd şimaldan Əfəndilər, cənubdan Həmzəli, şərqdən Cəbrayıl rayonunun Dağtumas, qərbdən isə Yuxarı Mollu kəndləri ilə həmsərhəddir. Verilən məlumata görə kənd XVIII əsrdə Hacı Cəbrayıl bəyin babası Yusif bəyin adına salınıb. Yerli tələffüzdə Usubbəyli kimi işlənir.  Yusifbəyli kəndi ərazisində Ərikli bağ, Kəhriz, Ayazgörməz, Muxtar bulağı, Gəyən düzü, İncə kəhrizi və s. xeyli sayda yer adları mövcuddur. Kəndin mərkəzində XVIII əsrə aid məscid vardır. Yusifbəyli kəndi 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər