17.06.2025, 13:52
AZ EN
03.11.2023, 09:35 454

Kəlbəcər rayonu, Aşağı Şurtan kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Aşağı Şurtan, Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi dairəsindədir. Tərtər çayının sahilində, Dəlidağın ətəyində yerləşir.

Yaşayış məntəqəsi ərazidəki Şurtançayın Aşağı axarında yerləşdiyi üçün belə adlandırılmışdır.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Şurtan kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Şurtan Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

25 noyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər