19.05.2024, 04:36
AZ EN
25.07.2023, 15:32 252

Qubadlı rayonunun Məzrə kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Məzrə kəndi Qarabağ silsiləsində, dağətəyi ərazidə yerləşir. Məzrə toponimi ərəb dilində "əkin üçün yararlı yer, əkin yeri, tarla" və "əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış məntəqəsi" mənalarını verən məzrə sözündəndir. Kəndin ərazisi keçmiş Zəngəzur qəzasının Şixavuz kəndinin əkin yeri olmuşdur. Yaşayış məntəqəsi XIX əsrin ortalarında həmin kənddən gəlmiş 14 ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisində qədim alban kilsəsi vardır.

Karvan yolu deyilən ərazi Qubadlının Çardaxlı, Xələc, Xallava ərazilərindən Məzrə düzünə qədər uzanan qədim yolun adıdır. Qızıldaşdan qatırlarla yüklər Gorus şəhərinə daşınarmış.

Qubadlı rayonunun Məzrə kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu kəndi işğaldan azad edib.

Tahirə AĞAMİRƏ

Oxşar xəbərlər