Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 8 minik maşını Xankəndidən Laçın istiqamətində keçid edib.
Beynəlxalq təşkilata məxsus minik maşınlarının içərisində mülki erməni ailələri olub.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 126 gündür davam edir. (Report)