22.09.2024, 00:28
AZ EN
07.04.2023, 19:15 143

Hüquq müdafiəçisi Eldar Zeynalov: “Ermənilər məğlubiyyətlərini etiraf etməlidirlər”

QARABAĞ
  • “Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün onlar məğlubiyyətlərini etiraf etməlidirlər”.

Bunu tanınmış azərbaycanlı hüquq müdafiəçisi Eldar Zeynalov Həmid Həmidovun “Danışaq?” podkastının növbəti buraxılışında deyib.

“Bu, bilirsiniz nəyə bənzəyir? Birini şahmatda mat etmisən, amma o, oynamağa davam etmək istəyir. Bax, vəziyyət belədir” – o bildirib və əlavə edib ki, məsələn, Ermənistan Zəngəzur dəhlizinin tikintisindən qorxur, çünki bu, onu Rusiya və Türkiyə üçün əhəmiyyətli olmaqdan məhrum edəcək.

E.Zeynalovun sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan vətəndaşlığı faktını və Qarabağdakı qızıl mədənlərindən hasilata görə vergilərin ödənilməsini tanıyaraq vəziyyətin dəyişdiyini qəbul etməzsə və yeni reallıqlara uyğunlaşmağa çalışmazsa, o zaman bölgədə normal münasibətlərin qurulması mümkün olmayacaq.

O qeyd edib ki, ermənilər vaxtilə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuşdular və bu cəmiyyətin bir hissəsi idilər, demək, bunun yenidən baş verməsi tamamilə mümkündür.

Verilişin qonağı, həmçinin Stalinin dövründə repressiyaya məruz qalan azərbaycanlılar, Qarabağa səfəri, Qarabağ erməniləri, Xocalı soyqırımını törədənlərin qanuni şəkildə cəzalandırılması, ölüm hökmü və sair məsələlər barədə sualları cavablandırıb.("Report")

Oxşar xəbərlər