19.10.2024, 12:41
AZ EN
15.03.2023, 17:29 123

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 71 avtomobili maneəsiz keçib

QARABAĞ
  • Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 6 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 3 minik, 2 yük avtomobili Laçın Xankəndi, 1 minik isə əks istiqamətə maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 71-ə çatıb. (Report)

Oxşar xəbərlər