19.10.2024, 09:30
AZ EN
22.02.2023, 18:10 318

Ağdamda “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyəti” mövzusunda müşavirə keçirilib

QARABAĞ
  • Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyəti” mövzusunda müşavirə keçirilib. Müşavirədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, ərazi nümayəndələri, pambıq istehsalçısı olan şirkətlərin rəhbərləri, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, bələdiyyələr və fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən icra başçısı Vaqif Həsənov, Nazirliyin Aparat rəhbəri Rafail Quliyev və digər natiqlər Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğundan, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanlarından, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialından, pambıqçılıq sahəsinə dövlət dəstəyi tədbirlərinin görülməsindən geniş bəhs ediblər. Daha sonra tədbir qarşılıqlı müzakirə şəraitində davam etdirilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər