Ağdam Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin verdiyi məlumata görə, rayon qəsəbədaxili və kəndarası yolların əsaslı təmiri davam etdirilir. Rayonun Quzanlı qəsbəsində Heydər Əliyev prospektini Qurban Pirimov küçəsi ilə birləşdirən, bir giriş və iki çıxışdan ibarət olan Məşədi Abbas küçəsində əsaslı təmir işləri aparılıb, yolun 1.5 km hissəsinə yüksək keyfiyyətli asfalt örtüyü döşənib.
Mina RƏŞİD