20.04.2025, 05:51
AZ EN
30.11.2022, 11:16 305

Füzuli rayonunun Qarabağ kəndində səyyar qəbul keçirilib

QARABAĞ

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu günlərdə rayonun Qarabağ kəndində səyyar qəbul keçirib. İcra başçısı qəbulda  Prezident İlham Əliyevin tapşırığı əsasında bütün yaşayış məntəqələrində vətəndaşlarla görüşdüyünü və onların problemlərinin yerində həll olunması üçün lazımi tədbirlərin həyata keçirildiyini bildirib. Səyyar qəbulda ayrı-ayrı sahələrə dair sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.

Mina RƏŞİD

Oxşar xəbərlər