19.02.2026, 11:40
AZ EN
19.02.2026, 09:10 143

Qarabağ Universitetində yeni əməkdaşlıq addımları

QARABAĞ
  • Qarabağ Universiteti beynəlxalq əlaqələrini genişləndirməyə davam edir.

Universitetdən bildirilib ki, Yunus Emre İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan Qarabağ Universitetinə tanışlıq səfəri edib. Səfər çərçivəsində Gökhan Seyhan universitetin rektoru Şahin Bayramovla görüşüb.

Görüş zamanı tərəflər qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini və potensial birgə layihələrin reallaşdırılması imkanlarını ətraflı müzakirə ediblər. Əməkdaşlığın əsas prioritetləri kimi ortaq konfransların, seminar və ustad dərslərinin təşkili, mübadilə proqramlarının həyata keçirilməsi, eləcə də müxtəlif mədəni tədbirlərin keçirilməsi məsələləri nəzərdən keçirilib.

Bu görüş Qarabağ Universitetinin beynəlxalq akademik mühitə inteqrasiyası və qardaş Türkiyənin təhsil təcrübəsindən yararlanmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Oxşar xəbərlər