03.02.2026, 12:48
AZ EN
03.02.2026, 11:13 160

Nazir: "Azərbaycanda gənclərə daim hərtərəfli dəstək göstərilir"

QARABAĞ
  • "Azərbaycanda gənclərə daim hərtərəfli dəstək göstərilir".

Bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Gənclərinin XI Forumunda deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan Gənclərinin Forumunun 30 illiyi qeyd olunur və forumun azad olunmuş Xankəndi şəhərində keçirilməsi xüsusi əhəmiyyət daşıyır:

"Ölkədə gənclər siyasəti ardıcıl şəkildə həyata keçirilir, gənclərə hərtərəfli dəstək göstərilir. Xankəndidə, eləcə də azad edilmiş şəhər və rayonlarda daim bir sıra beynəlxalq tədbirlər təşkil olunur. Qarabağ bölgəsi müasir şəhərsalma prinsipləri əsasında sürətlə yenidən qurulur. Bu işlərin hər biri gənclərin gələcəyinə töhfə verir".

Nazir həmçinin qeyd edib ki, cari ildə Goranboy şəhəri "Gənclər paytaxtı" elan olunub və bu münasibətlə də silsilə tədbirlər keçiriləcək. (Report)

Oxşar xəbərlər