Bu sözləri bu gün Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə qayıdan Sevil Şükürova bildirib.
“Çox çətin günlər yaşadıq. Amma şükür edirəm ki, şəhidlərimizin qanı tökülən torpaqlara qayıtdım. Qisas qiyamətə qalmadı”. - Sevil Şükürova deyib.
O, öz növbəsində doğma yurda qayıdışı təmin edən ölkə rəhbərinə təşəkkürünü bildirib: "Başda Prezident İlham Əliyev olmaqla, zəhməti keçən hər bir kəsə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin". (APA)