Tədbir başlamazdan əvvəl Dövlət Himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu ordu quruculuğu siyasətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı Böyük Zəfərdən bəhs etdi. Alı Alıyev qəhrəman şəhidlərimizin və qazilərimizin şərəf dolu döyüş yollarının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ən tutarlı mənbə olduğunu diqqətə çatdırdı, Allahdan şəhidlərinmizə rəhmət, qazilərimizə sağlamlıq dilədi.
Daha sonra Vətən müharibəsi qaziləri Şöhrət Musazadə, İlkin Rüstəmov və Niyaməddin Hüseynov gənclərə keçdikləri döyüş yollarından və Azərbaycan ordusunun xalqımızı Zəfərə qovuşduran yenilməz hərbi potensialından və ordudakı ruh yüksəkliyindən danışdılar.
Gənc könüllü Şahanə Mirzəyeva çıxış edərək, görüşdən böyük təəsurat qazandığını, belə tədbirlərin gənclərimizin daha da vətənpərvər formalaşması üçün əsil motivasiya olduğunu diqqətə çatdırdı.
Sonda Vətən müharibəsi qaziləri Şöhrət Musazadəyə həsr olunmuş, Bakı Gənclər Klubu İB tərəfindən çəkilmiş “Müasir tarixi yazan qəhrəmanlar” və İlkin Rüstəmova həsr olunmuş “Bir ölüb min dirilirik-3!” filmləri nümayiş olundu.
Mina RƏŞİD
 
 
