Bu çərçivədə ilk dəfə olaraq Xankəndi şəhər Kərkicahan qəsəbə 1 nömrəli, Ağdam rayon Xıdırlı və Xocalı rayon Ballıca kənd körpələr evi-uşaq bağçasında tədris prosesinə başlanılıb. Eyni zamanda, Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində də dərslər ilk dəfə olaraq bərpa edilib və şagirdlər müasir təhsil şəraitində tədrisə cəlb olunublar.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli təhsil müəssisələrində dərs prosesini izləyib. O, müəllim və şagirdlərlə görüşərək onlara uğurlar arzulayıb, bölgədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. (AZƏRTAC)