Bu barədə kompleksin açılışında iştirak edən Prezident İlham Əliyevə məlumat verilib.
Qeyd olunub ki, işlə təmin edilənlərin 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır.
Bildirilib ki, növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır. (Report)