25.01.2026, 21:35
AZ EN
30.12.2025, 07:34 238

“31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür” adlı tədbir keçirilib

QARABAĞ
  • Füzuli rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür” adlı tədbir keçirilib.

“Təbriz” şadlıq evində keçirilən tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatı Vüqar Bayramov, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etdilər.Tədbir başlamazdan əvvəl Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin deputatı Vüqar Bayramov, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, dahi şəxsiyyətin ruhuna dərin ehtiram əlaməti olaraq abidə önünə tər çiçəklər düzdülər. Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun qazandığı böyük Zəfərdən söz açdı, əsasında Ulu Öndər Heydər Əliyev siyasəti dayanan və Zəfərə aparan yolun şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq dolu döyüş yolundan keçdiyini diqqətə çatdırdı. Alı Alıyev şəhid ailələrini, qaziləri, veteranları və onların timsalında bütün xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə səmimi-qəlbdən təbrik etdi, qarşıdan gələn illərin dövlətimiz, xalqımız üçün uğurlu, xeyirli olmasını arzuladı. Daha sonra Milli Məclisin deputatı Vüqar Bayramov, YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva çıxış etdərək, xoş arzularını və bayram təbriklərini səsləndirdilər. Tədbirdə çıxış edən şəhid ailələri onlara göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Tədbir Füzuli rayon mədəniyyət nümayəndələrinin, Füzuli Dövlət Dram Teatrının hazırladığı rəngarəng konsert proqramı və rayon ziyalılarının, ağsaqqalların təbrik nitqləri ilə davam etdi.

Tədbirdə iştirak edən şəhid övladlarına Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən bayram hədiyyələri təqdim edildi, xatirə şəkilləri çəkildi.

Mina RƏŞİD

Oxşar xəbərlər