Bu sözləri bu gün Xocalının Badara kəndinə köçən Nəfəs Nəfəsli deyib.
"Allaha şükür, doğma kəndimizə qayıtdıq. Çox xoşbəxtəm ki, mənim yaşadıqlarımı övladlarım yaşamayacaq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Prezidentimizə ailəmiz adından dərin təşəkkürümü bildirirəm", deyə keçmiş məcburi köçkün bildirib. (APA)