12.12.2025, 18:15
AZ EN
12.12.2025, 16:32 175

Ağdərə sakini: Yurdumuza qayıtmaq mənim üçün ikinci dəfə doğulmaq kimidir

QARABAĞ
  • Köçkünlük illərində çox çətinlik gördük, amma ümidimizi itirmədik. Bu gün yurdumuza qayıtmaq mənim üçün ikinci dəfə doğulmaq kimidir. Bizi yurdumuza qaytaran Prezidentimizə, Ordumuza minnətdarıq.

Bunu Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Rəfiqə Əliyeva deyib.

“İndi bizim üçün qayıdış dövrüdür. Doğma torpaqlarda xoş günlərimizin başlanğıcıdır. Allah bir də xalqımıza müharibə, itki, yurd həsrəti göstərməsin. Heç bir ana övladını, heç bir insan yurdunu itirməsin”, – deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər