19.10.2024, 11:27
AZ EN
16.06.2023, 16:21 194

Filippinli səyyah: Laçında baş verən insident bizi məyus etdi

QARABAĞ
  • Laçında baş verən insident (Ermənistan ərazisindən açılmış atəş nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması – red.) bizi məyus etdi. Ümid edirəm ki, yaxın gələcəkdə tərəflər arasında sülh əldə olunacaq.

Bunu azad olunan torpaqlara səfər edən xarici səyyahlar qrupunun üzvü, Flippindən olan Aimee Paragas deyib.

“Bu, mənim Azərbaycana birinci səfərimdir. Şuşanı ziyarət etmək və şəhərin dirçəlişini görmək mənim üçün böyük şərəfdir. Şuşada infrastruktur, o cümlədən yollar və yaşayış binaları çox qısa müddətdə bərpa olunur. Bu, heyrətamizdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, dünyanın 4 əsas səyahətçilər şəbəkəsindən biri sayılan MTP (Most Traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən heyəti Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub. (AZƏRTAC)

Oxşar xəbərlər