12.12.2025, 16:52
AZ EN
12.12.2025, 11:53 212

Ağdamda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

QARABAĞ
  • Xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Ağdam rayonunda dərin hörmət və ehtiramla anılıb.

Ulu Öndərin vəfatının 22-ci ildönümü ilə əlaqədar rayon sakinləri Quzanlı qəsəbəsinin mərkəzi meydanına gələrək, dahi rəhbərin abidəsini ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Ağdam Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri böyük siyasi xadim Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar. (AZƏRTAC)

Oxşar xəbərlər