Müşavirədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, FHN Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar verib. Daha sonra Qarabağ Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələrindən danışıblar. Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.
Müşavirədə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.
Hazırladı: Mina RƏŞİD