31.10.2025, 18:35
AZ EN
31.10.2025, 07:51 146

Ağdamda əhali arasında maarifləndirmə tədbirləri aparılıb

QARABAĞ
  • “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1143 nömrəıi Sərəncamının (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi (xüsusi pilot layihələrin icra edilməsi və s.)) 10.12.5 bəndinin icrası ilə bağlı bildiririk ki, Ağdam rayonunun Quzanlı, İmamqulubəyli, Qasımbəyli qəsəbələrində və İmamqulubəyli kəndində əhali arasında maarifləndirmə tədbirləri aparılıb.

Maarifləndirmə tədbiri Ağdam rayonunda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi məqsədi daşıyır.

Əhali ilə maarifləndirmə və təbliğat-təşviqat işləri çərçivəsində qida təhlükəsizliyi ilə bağlı məlumatlandırıcı çap materialları paylanılmış və əhaliyə konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq barədə tövsiyələr verilib.

Bundan başqa uşaqlar və hamilə qadınların sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasında, məktəbəqədər və ümumtəhsil məktəblərində görüşlər keçirilmiş, maarifləndirmə işləri aparılmışdır. Tədbirlərin keçirilməsi mütəmadi davam etdirilir.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR