11.09.2025, 14:23
AZ EN
11.09.2025, 09:15 207

İcra başçısı Horadizdə “Qəhrəmanlar Parkı”nda aparılan abadlıq işləri ilə tanış olub

QARABAĞ
  • Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Horadiz şəhərində yerləşən “Qəhrəmanlar Parkı”nda aparılan təmizlik və abadlıq işləri ilə tanış olmaq məqsədilə parkı ziyarət edib.

Rayon rəhbəri parkda yaradılmış səliqə-sahman, yaşıllıqlara göstərilən aqrotexniki qulluq, eləcə də şəhidlərin şəkillərindən ibarət xatirə lövhələrinin yerləşdiyi hissədə görülən işlərin gedişi ilə yaxından maraqlanıb.

Alı Alıyev parkda çalışan işçilərlə səmimi söhbət edərək onlara müvafiq tövsiyə və tapşırıqlarını verib.

Mina RƏŞİD

Oxşar xəbərlər