08.09.2024, 06:02
AZ EN
26.07.2024, 13:41 246

Şuşada yanğından mühafizə hissəsi tikiləcək

QARABAĞ
  • Bərpa və yenidənqurmadan sonra doğma sakinlərinə qucaq açan Şuşa şəhərində yaxın vaxtlarda yanğından mühafizə hissəsinin tikintisinə başlanacaq.

"Vətən səsi" xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsinin bununla bağlı keçirdiyi tenderə yekun vurulub. Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Şuşa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin tikintisi” tenderinin qalibi “Makro 2000 Eğitim Teknolojileri İnşaat Taahhüt İç ve Dış Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı seçilib. Nazirliklə qalib şirkət arasında ümumi dəyəri 2 milyon 63 min 412 manat olan müqavilə imzalanıb.

Hazırda Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı şəhərlərində, Xocavənd rayonunun Hadrut qəsəbəsində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər