Bu sözləri bu gün Ağdərə rayonunun Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Tünzalə Şirinova müsahibəsində deyib.
"Bu gün çox sevinirəm. Qızımla, nəvələrimlə birgə Vətənimizə qayıtmışıq. Bundan gözəl heç nə ola bilməz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Prezidentimizə minnətdarlığımı bildirirəm", - deyə o qeyd edib. (AZƏRTAC)