Bu sözləri açıqlamasında Ağdərənin Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Həcər Tahirova deyib.
Həcər xanım bildirib ki, doğma torpaqlardan didərgin düşdükdən sonra ölkənin müxtəlif bölgələrində çətin şəraitdə yaşayıb.
O, 34 yaşında üç azyaşlı övladı ilə tərk etdiyi torpaqlara indi nəvələri ilə qayıdıb. “Artıq evimizə qayıtmışıq. Burada bizim üçün hər cür şərait yaradılıb. Allah şəhidlərimizə rəhmət eləsin. Dövlətimizdən çox razıyam”, - deyə keçmiş məcburi köçkün bildirib. (AZƏRTAC)