Bunu “Azəriqaz” İB-nin baş direktorunun birinci müavini Nail Abdullayev Xankəndidə keçirilən Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Enerji təminatı məsələləri üzrə İşçi qrupunun iclasında deyib.
N.Abdullayev bildirib ki, 2024-cü ilin sonlarından başlayaraq Qarabağ Universitetinin, müəllimlərin yaşadığı binaların, tələbə yataqxanasının və 4 saylı orta məktəb, dil mərkəzi və uşaq bağçasının qazanxanalarına, 54 binada 1340 mənzilə, o cümlədən may ayında 7 binada 60 mənzilə təbii qazın verilməsi təmin edilib. Birlik tərəfindən şəhərdaxili mövcud paylayıcı qaz kəmərlərinin elektron xəritəsinin hazırlanaraq ArcGIS proqramına inteqrasiyası işləri aparılıb. Həmçinin Xankəndi şəhərində təqdim olunmuş siyahı üzrə 62 fərd yaşayış evi, Kərkicahan qəsəbəsində 8 fərdi yaşayış evi də təbii qazla təmin edilib. 2024-cü ildə şəhərdə 165 min kubmetr, cari ilin 4 ayında 870 min kubmetr təbii qaz istehlak olunub. Şəhərdə yerləşən Konqres Mərkəzinin qazlaşdırılması üçün daşıyıcı qaz kəmərinin tikintisi işləri may ayında yekunlaşıb. (AZƏRTAC)