BDU-nun Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dəstəyi ilə həyata keçirilən tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.
Olimpiadanın keçirilməsində məqsəd hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri bilik və praktiki bacarıqlarını üzə çıxarmaq, onların hüquqi düşünmə və təhlil qabiliyyətlərini inkişaf etdirmək, eyni zamanda, hüquq tələbələri arasında sağlam rəqabət mühitinin formalaşmasına töhfə verməkdir.
Tahirə AĞAMİRZƏ