09.06.2025, 16:35
AZ EN
19.04.2025, 13:10 166

Füzuli Hava limanında işlə təmin olunan Zülfüqar Abbasov

QARABAĞ
  • Uşaq yaşlarında məcburən tərk etdiyi doğma yurduna 30 illik həsrətdən sonra qovuşmağın sevincini yaşayan və burada işlə təmin olunan sakinlərdən biri də Zülfüqar Abbasovdur.

Dövlət Məşğulluq Agentliyinə müsahibəsində bildirir ki, mən Abbasov Zülfüqar İxtiyar oğlu 1990-cı ildə Füzuli rayonunda anadan olmuşam. 1993-cü ildə mənim 3 yaşım var idi. Biz məcburi Bakıya köçdük. 30 ildən sonra Füzuli rayonu işğaldan azad olundu. Bura qayıdan ilk ailələrdən biri bizidik.

Bura qayıdandan sonra mən məşğulluq agentliyinə müraciət elədim və məni Azala yönəltdilər. İmtahan verdim və uğurla keçdim. Hal-hazırda mən burda əməliyyat üzrə inspektor vəzifəsində işləyirəm. Mənim əsas işim sərnişinləri yoxlamaq və təhlükəsizliyini təmin etməkdir.

Allah Prezidentimizə uzun ömür və can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin. Onların sayəsində biz bu gün Füzulidə rahat yaşayırıq.

Günel QULİYEVA

Oxşar xəbərlər