19.04.2025, 11:42
AZ EN
17.04.2025, 17:01 113

Qarabağ Universitetində Psixologiya Cəmiyyəti təsis olunub

QARABAĞ
  • Qarabağ Universitetində tələbələrin psixoloji sağlamlığını gücləndirmək, stres və imtahan qorxusunu azaltmaq və daha sağlam sosial mühit formalaşdırmaq məqsədilə Psixologiya Cəmiyyəti təsis edilib.

Bu barədə universitetin məlumatında bildirilib.

Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək Universitet rəhbərliyinin tələbəyönümlü layihələrə xüsusi önəm verdiyini xatırladıb.

Rektor qeyd edib ki, psixoloji dəstək və maarifləndirmə gənclərin həm şəxsi, həm də akademik inkişafında əsas amillərdən biridir.

Qeyd edilib ki, Psixologiya Cəmiyyəti psixologiya ixtisası üzrə təhsil alan tələbələrin bir araya gələrək bilik və təcrübə mübadiləsi aparmaları və bu sahədə fəaliyyət göstərən mütəxəssislərlə ünsiyyət quraraq daha yaxşı inkişaf etmələri üçün önəmli bir platforma rolunu oynayacaq.

Bununla yanaşı, gələcəkdə cəmiyyətin təşəbbüsü ilə müxtəlif seminarlar, təlimlər və psixoloji maarifləndirmə layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR