Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, anım mərasimində Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, eyni zamanda, şəhərdə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Şuşa şəhər sakinləri qürur və ehtiramla şəhidlərin əziz xatirəsini yad ediblər.
Şuşada şəhidlərin xatirəsini yad etmək üçün 1 dəqiqəlik sükut elan edilib. (Report)