Bu barədə açıqlamasında niderlandlı səyyah Nik Ter Horst bildirib.
“Ölkə təkcə müharibənin nəticələri ilə mübarizə aparmır, həm də regionu fəal şəkildə inkişaf etdirir. Əvvəllər Azərbaycanda olmuşam, Bakıya səfər etmişəm. Maks Ferstappenə azarkeşlik etdiyim Formula-1 Qran-prisində ölkəyə ilk səfərimdən çox yaxşı təəssüratlarım var idi. İndi isə Qarabağı görmək, yenidənqurma və bərpa üzrə dövlət layihələri ilə tanış olmaq üçün bu səfərə qoşuldum", - o vurğulayıb.
Səyyah əlavə edib ki, ötən il atası da Qarabağ bölgəsində oxşar səfərdə olub və bu layihələri yüksək qiymətləndirib: "Ona görə də bu il bu səfərə qoşulmağa qərar verdim. Bərpa işlərinin necə fəal aparıldığını və yeni obyektlərin necə sürətlə tikilməsini müşahidə etmək heyrətamizdir".
O, həmçinin Ağdama səfərindən təəssüratlarını bölüşüb və şəhərin son bir ildə necə dəyişdiyini qeyd edib: "Atam deyirdi ki, bir il əvvəl orada demək olar ki, heç nə yox idi, indi isə artıq binalar var. 150 min əhalisi olan şəhərdən gələn bir insan üçün belə bir yerin yox ola biləcəyini təsəvvür etmək çətindir. Amma hər şeyin necə sürətlə bərpa olunduğunu və şəhərin necə gözəlləşdiyini görmək inanılmazdır". (Report)