23.11.2024, 12:18
AZ EN
26.10.2024, 13:20 199

Britaniyalı səyyah: Füzulinin işğaldan azad edildikdən sonra yenidən qurulmasına şahid olduq

QARABAĞ
  • Mən Böyük Britaniyanın London şəhərindən gəlmişəm. Bu, mənim Azərbaycana ilk səfərimdir. Bu gün səhər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərimiz başlayıb. Artıq Füzuli şəhərində olmuşam.

Bunu səyyah Nik Peyn deyib.

“Füzulidə yenidənqurma işlərinin şahidi olduq, yeni beynəlxalq hava limanına baxdıq. Biz, həmçinin ərazidə aparılan minatəmizləmə əməliyyatlarını da gördük. Şəhərin işğaldan azad edildikdən sonra yenidən qurulmasına şahid olmaq həqiqətən çox maraqlıdır. İndi isə Şuşa ilə tanış oluruq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupunun işğaldan azad olunan torpaqlarımıza səfəri başlayıb. Xarici səyyahlar erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər.

Ümumiyyətlə, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri isə sayca 12-cidir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır. (AZƏRTAC)

Oxşar xəbərlər