Bunu Şuşada jurnalistlərə britaniyalı səyyah Viktoriya Lourens deyib.
Səyyah qeyd edib ki, bu, onun Azərbaycana ilk səfəri deyil.
“Azərbaycanda sonuncu dəfə 1970-ci illərdə olmuşam, bu ərazini gəzmişəm və o vaxtdan bəri burada hansı inkişafın getdiyini görürəm”, – o bildirib.
V.Lourensin sözlərinə görə, dünya Qarabağda baş verənlər barədə daha çox bilməlidir. "Biz bütün bu müddət ərzində bunlardan xəbərsiz olmuşuq və indi mən bu bölgəni daha çox öyrənmək niyyətindəyəm", - o əlavə edib.
Səyyah qeyd edib ki, gələcəkdə ailəsi ilə birlikdə azad edilmiş ərazilərə məmnuniyyətlə gələcək. (Report)