Ağdam rayon Statistika İdarəsindən bildirilib ki, 2022-ci ilin beş ayında rayonun təsərrüfatlarında diri çəkidə ət istehsalı 2 faiz, süd istehsalı 5,2 faiz, yumurta istehsalı 1,6 faiz, yun istehsalı isə 0,3 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2022-ci ilin yanvar-may aylarında 2370 baş inək və düyələr süni mayalandırılıb, 1075 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. (AZƏRTAC)